Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçirilib
# 19 may 2009 10:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Rəsul Rza Fondunun sədri Fikrət Qoca bildirib ki, sözügedən mükafat hər il mayın 19-da - Rəsul Rzanın ad günündə təqdim edilir. 10 ildən artıq verilən mükafata bu il Yusif Seyidov, Oqtay Rza, Cəmil Həsənli, Ülviyyə Heydərova, Rəbiqə Nazimqızı, Rübail, Adil Şirin, Mövlud Teymur, Əkbər Qoşalı, Natiq Qubadoğlu layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə bildirib ki, Rəsul Rzanın şəxsi arxivində həddən artıq qiymətli nəşrlər var. Bu nəşrlərin ədəbi ictimaiyyətin ixtiyarına verilməsini daha məqsədəuyğun hesab edən Rəsul Rzanın ailə üzvləri “Füyuzat”, “Şəlalə”, “Zəmbur”, “Molla Nəsrəddin” jurnallarının külliyyatını Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə təhvil vermək qərarına gəlib. Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynov isə bildirib ki, Azərbaycanda söz və ədəbiyyat günü olmasa da, böyük şairlərin ad günləri ədəbiyyat günü kimi qeyd olunur: “Muzeydə Rəsul Rza irsinin araşdırılmamış səhifələri ilə bağlı çox zəngin məlumatlar var. Yəqin ki, bu məlumatlar araşdırıcıların diqqətini cəlb edəcək. Təqdim olunan bu nəşrlər isə muzeydə Rəsul Rza guşəsini bəzəyəcək”. Mərasimdə çıxış edən Türk Dünyası Görkəmli Ədəbiyyat və Sənəd Adamları Cəmiyyətinin rəhbəri Əminə Sevinc Öksüzoğlu “Türk Dünyası Ədəbiyyatı Şərəf Ödülü”nü yazıçı Anara təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR