Bank Of Baku

Masallıda uşaq kitab bayramı keçirilib

Masallıda uşaq kitab bayramı keçirilib
# 22 may 2009 07:02 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallıda “Uşaq ili” çərçivəsində uşaq kitab bayramı keçirilib. Masallı rayon İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, tədbirdə səslənən çıxışlarda uşaqların dünyagörüşünün formalaşmasında və onların cəmiyyətin layiqli övladları kimi yetişməsində kitabların mühüm əhəmiyyətindən bəhs olunub.
Bayram mərasimində istedadlı uşaqların ifasında Vətənə, anaya həsr olunmuş mahnı və şeirlər səslənib, səhnəciklər nümayiş etdirilib. Sonda ayrı-ayrı nominasiyalar üzrə fərqlənən uşaqlara xatirə hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR