Bank Of Baku

Yazıçılar Birliyində İlyas Əfəndiyevin 95 illik yubileyi qeyd olunub

Yazıçılar Birliyində İlyas Əfəndiyevin 95 illik yubileyi qeyd olunub
# 26 may 2009 12:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 95 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən xalq yazıçısı Anar İ. Əfəndiyevin Azərbaycan teatrına verdiyi töhfələrdən danışıb: “Onun həyatında çətin anlar az olmayıb, buna baxmayaraq, İlyas Əfəndiyev xoşbəxt insan idi”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük yazıçının haqqında danışmağın məsuliyyətli iş olduğunu vurğulayıb: “Onun yaradıcılığı istedadlı yazıçı ilə mahir dramaturqu birləşdirib. İlyas Əfəndiyevin yaradıcılığında dramaturgiya xüsusi yer tutur”.

Xalq şairi Zəlimxan Yaqub isə bildirib ki, İ. Əfəndiyevin yaradıcılığı bir neçə nəsli tərbiyə edib: “İlyas Əfəndiyev yaradıcılığa “Kənddən məktublar”la başlamışdı və məhz kəndin, doğma Qarabağın təmizliyini, musiqisini ədəbiyyata gətirmişdi. Onun əsərlərində xalqın duyğuları, istəkləri, cənub mövzusu xüsusi yer tuturdu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR