Bank Of Baku

Şair-publisist Qulu Ağsəsin “Nabran novellası” kitabının imza günü keçirilib

Şair-publisist Qulu Ağsəsin “Nabran novellası” kitabının imza günü keçirilib
# 27 may 2009 10:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Bayatı kitab mağazasında şair-publisist Qulu Ağsəsin “Nabran novellası” kitabının imza günü keçirilib. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində AYB-nin katibi Rəşad Məcid çıxış edərək bildirib ki, imza günlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Əsas məqsəd isə gənc yazıçıların oxucularla əlaqələrini möhkəmləndirmək və gəncləri kitab oxumağa daha da həvəsləndirməkdir: “İmza günləri zamanı şair və yazıçılarımızın əsərləri satılır, oxucularla münasibətlər yaranır. İnanıram ki, bu auditoriya gələcəkdə daha da genişlənəcək, kitab oxuyanların sayı şit musiqilərə qulaq asan gənclərin sayından çox olacaq”. AYB-nin poeziya bölməsinin rəhbəri Çingiz Əlioğlu isə bildirib ki, Q. Ağsəs qeyri-ordinar şer düşüncəsi ilə seçilir: “Hazırda mətbuat səhifələrində mühafizəkar ruhda yazılmış, ədəbi dilin bütün normalarını gözləyən poeziya nümunələrinə rast gəlmək mümkündür. Bunları Azərbaycan şerinin çağdaş nümunələri hesab etmək olmaz. Qulu Ağsəsin yaradıcılığında isə bu çağdaşlıq hiss olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR