Bank Of Baku

Bakıda Aleksandr Puşkinin 210 illiyi qeyd olunub

Bakıda Aleksandr Puşkinin 210 illiyi qeyd olunub
# 06 iyun 2009 09:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin abidəsi önündə onun 210 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, Puşkin rus xalqının mənəviyyatıdır, onun yaradıcılığı xalqlar arasında mənəvi əlaqələr yaradıb. Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov isə bildirib ki, Puşkin yalnız rus deyil, bəşəriyyətin şairidir. Azərbaycanda 1999-cu ildə Puşkinin 200 illiyi ilə bağlı şairə abidə ucaldıldığını deyən S. Ələkbərov xatırladıb ki, 1943-cü ildə müharibənin qızğın vaxtında Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizaminin yubileyi keçirilib 1999-cu ildə isə həmin şəhərdə abidəsinin açılışı olub. Yazıçılar Birliyinin sədri Anar çıxışında deyib ki, Şərgin heç bir şəhərində Bakıdakı gədər şairlərə abidə ucaldılmayıb. “Puşkin ölümündən dərhal sonra Azərbaycan ədəbiyyatına daxil olub, Mirzə Fətəli Axundov şairin ölümünə həsr olunmuş şer yazıb” deyən yazıçı, xatırladıb ki, Puşkinin əsərlərini Azərbaycan dilinə Abbas Səhhət, Səməd Vurğun, Rəsul Rza tərcümə ediblər.
Tədbirdə millət vəkili Elmira Axundova, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, «Rossotrudniçestvo»nun Bakı nümayəndəsi Ənvər Şeyxov da çıxış ediblər. Tələbələrin, şagirdlərin və məktəbəqədər təhsil ocaqlarından olan uşaqların ifasında şairin əsərlərindən səhnəciklər göstərilib, şerlər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR