Bank Of Baku

“Mehdi Hüseyn-100” adlı kitab sərgisi keçirilib

“Mehdi Hüseyn-100” adlı kitab sərgisi keçirilib
# 11 iyun 2009 10:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. M. F. Axundov adına Milli Kitabxanada görkəmli yazıçı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunmuş “Mehdi Hüseyn-100” adlı kitab sərgisi keçirilib. APA-nın məlumatına görə, tədbir iştirakçıları yazıçının əsərləri və onun haqqında yazılmış ədəbiyyatla bağlı nümayiş etdirilən sərgi ilə tanış olublar. Milli Kitabxananın direktoru Kərim Tahirov yazıçının həyat və yaradıcılığından danışaraq deyib ki, illər keçsə də, Mehdi Hüseyn irsi unudulmur. Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli yazıçının hərtərəfli biliyə və geniş əhatəli yaradıcılığa malik olan ədib olduğunu söyləyib. Akademik Teymur Bünyadov isə Mehdi Hüseynin Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında misilsiz xidmətləri olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR