Bank Of Baku

Xalq yazıçı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Xalq yazıçı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 12 iyun 2009 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir teatrın təşkilatçılığı ilə baş tutub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir M. Hüseynin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olduğunu deyib: “SSRİ dövlət mükafatı laureatı olan Mehdi Hüseynin ssenariləri əsasında çox gözəl ekran əsərləri yaradılıb. Onun xatirəsi hər zaman əziz tutulub. Mehdi Hüseyni yaşatmaq, onu təbliğ etmək hər birimizin borcudur”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Mehdi Hüseyninin 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu deyib: “Mehdi Hüseyn görkəmli nasir, dramaturq və ssenarist olub”.
Akademik Bəkir Nəbiyev isə çıxışında Mehdi Hüseyni “hər an ədəbiyyatın nəbzini tutan, ədəbiyyat fədaisi adlandırıb”.
Çıxışlardan sonra bədii hissə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR