Bank Of Baku

Məşhur yazıçı Georgi Vayner vəfat edib - FOTO

Məşhur yazıçı Georgi Vayner vəfat edib - <font color=red> FOTO</font>
# 13 iyun 2009 07:20 (UTC +04:00)
Bakı – APA. Məşhur rusiyalı yazıçı və ssenarist Georgi Vayner ABŞ-ın Nyu-York şəhərində vəfat edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 1990-cı ildən bəri ABŞ-da yaşayan yazıçı uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

G. Vayner 1938-ci ildə doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanın müəllifidir. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında “Ya sledovatel”, “Vizit k Minotavru”, “Qonki po vertikali”, “Çası dlya mistera Kelli” kimi populyar əsərlər də var. 1979-cu ildə rejissor Staniuslav Qovoruxin Vaynerlərin “Era miloserdiya” kitabı əsasında məşhur “Mesto vstreçi izmenit nelzya” filmini çəkib. G. Vayner SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR