Bank Of Baku

Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
# 19 iyun 2009 13:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Cəfər Cabbarlının ev-muzeyində Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin baş elmi işçisi Qəmər Bağırova şairin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan ədəbiyyatında misilsiz xidmətləri olduğunu vurğulayıb. Q. Bağırova bildirib ki, qısa ömür yaşamasına baxmayaraq, Müşfiq yaradıcılığı ilə yaddaşlara həkk olunub.

Tədbirdə Azərbaycanın xalq artisti Əminə Yusifqızı və Bakı Uşaq Teatrının aktyorları şairin şeirlərindən parçalar söyləyiblər. Eyyub Yaqubov, Rəşad İlyasov və digər müğənnilər M. Müşfiqin şeirlərinə yazılmış mahnılar ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR