Bank Of Baku

“Molla Nəsrəddin XXI əsrdə” jurnalının təqdimat mərasimi keçirilib

“Molla Nəsrəddin XXI əsrdə” jurnalının təqdimat mərasimi keçirilib
# 30 iyun 2009 12:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində “Molla Nəsrəddin XXI əsrdə” jurnalının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən jurnalın baş redaktoru Mehman Mehdiyev bildirib ki, Heydər Əliyevin 85 illik yubileyinə töhfə kimi nəşr olunmağa başlayan jurnalın indiyədək altı nömrəsi işıq üzü görüb: “Dərginin ilk sayından başlayaraq redaksiyamıza hər gün ölkənin müxtəlif regionlarından problemlərlə bağlı onlarla məktub daxil olmağa başladı. Ancaq maddi çətinliklərlə üzləşdiyimizdən jurnalın səhifələrində reklamlar verməli olduq. Halbuki bu jurnalda reklam heç vaxt olmayıb və olmamalıdır. Jurnalın daha dolğun, daha məzmunlu olması üçün dövlətimizin dəstəyinə ehtiyacımız var”.

M. Mehdiyev hazırda qeydiyyatda Molla Nəsrəddinin adı ilə bağlı iki jurnal və bir qəzet olduğunu deyib. Onların bəzilərinin reketlə məşğul olaraq müxtəlif idarə və müəssisələrə soxulduğunu söyləyən baş redaktor bəyan edib ki, rəhbərlik etdiyi jurnalda heç bir neqativ hala yol verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR