Bank Of Baku

Almaniyada Nuridə Atəşinin yeni kitabı çıxıb - FOTO

Almaniyada Nuridə Atəşinin yeni kitabı çıxıb - <font color=red> FOTO</font>
# 06 iyul 2009 16:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Şairə Nuridə Atəşinin növbəti kitabı işıq üzü görüb. APA-nın məlumatına görə, “Od qızı“ (Feuertochter) adlanan kitab Almaniyanın məşhur K. Fişer nəşriyyatının nəzdindəki “Deutsche Lurik Verlag“ nəşriyyatında çap olunub. Kitaba giriş sözündə nəşriyyat N. Atəşinin alman poeziyasına gətirdiyi Qafqaz temperamentindən, klassik şərq poeziyasından və özünəməxsus məsum, orijinal düşüncə tərzindən söhbət açır.

Şairənin sayca 15-ci olan kitabına müəllifin birbaşa alman dilində yazdığı şerləri, qoşmaları, mahnılar üçün sözlər, eyni zamanda klassik qəzəlləri daxil edilib.

Qeyd edək ki, N. Atəşi kitabın çapı ilə bağlı “Deutsche Lurik Verlag“ nəşriyyatından təklifi ötən il Almaniyanın məşhur “Mattes&Seitz” nəşriyyatı tərəfindən “Pərvanə və şam” adlı antologiya kitabı nəşr edildikdən sonra alıb. “Pərvanə və şam” kitabında alman ədəbi tarixində ilk dəfə olaraq Azərbaycan klassik şairlərinin əsərlərindən ibarət minillik məhəbbət poeziyasından nümunələr N. Atəşinin tərcüməsində toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR