Bank Of Baku

Əli Kərimin xatirə gecəsi keçirilib

Əli Kərimin xatirə gecəsi keçirilib
# 07 iyul 2009 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Əli Kərimin xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB katibi, xalq şairi Fikrət Qoca bildirib ki, tədbir şairin ölümünün 40-cı ildönümünə həsr olunub. F. Qoca çıxışında şairin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyduğunu vurğulayıb: “Əli Kərim 1931-ci il martın 22-də Göyçay şəhərində fəhlə ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil alıb, sonra Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərilib. İmza atdığı hər bir işində uğur qazanan şair buranı fərqlənmə diplomu ilə bitirib”.
F. Qoca qeyd edib ki, Əli Kərim əmək fəaliyyətinə “Azərbaycan” jurnalında ədəbi işçi kimi başlayıb. Bədii yaradıcılığa isə 1948-ci ildən “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Təzə müəllim” şeiri ilə başlayıb.
Tədbirdə çıxış edənlər Ə. Kərimin yaradıcılığından danışıb, onun barəsində xatirələrini bölüşüblər.
Qeyd edək ki, Əli Kərim 1969-cu ildə iyunun 30-da Bakıda vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR