Bank Of Baku

Xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi münasibəti Özbəkistan və Qırğızıstanda tədbirlər keçirilib - FOTO

Xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi münasibəti Özbəkistan və Qırğızıstanda tədbirlər keçirilib - <font color=red>FOTO</font>
# 09 iyul 2009 10:52 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi münasibəti ilə Azərbaycanın Özbəkistan və Qırğızıstandakı səfirliklərində görüşlər keçirilib. APA-nın Qazaxıstandakı müxbirinin məlumatına görə, Z. Yaqub əvvəl Özbəkistanda olub, sonra Qırğızıstanın Bişkek şəhərinə gedib. Azərbaycanın Qırğızıstandakı səfirliyində keçirilən tədbirdə səfir Arif Ağayev iştirakçılara Zəlimxan Yaqubun həyat və yaradıcılığı haqqında, onun Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlər barədə məlumat verib. O, 2009-cu ilin Zəlimxan Yaqub ili elan olunması təklifini irəli sürüb. Zəlimxan Yaqub tədbirdə “Türk yağıdan üzr istəməz” şerini söyləyərkən tədbirdə iştirak edən Türkiyə, Özbəkistan səfirləri onu ayaq üstə alqışladılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR