Bank Of Baku

Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin Azərbaycanca divanı nəşr olunub

Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin Azərbaycanca divanı nəşr olunub
# 10 iyul 2009 12:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. XVII əsrin görkəmli dövlət xadimi, şairi və tarixçisi Səfəvi hökmdarının baş vəziri olmuş Vəhid Qəzvininin Azərbaycanca şeirlər toplusu-divanı nəşr olunub. “Nurlan nəşriyyatında” işıq üzü görən kitabı Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri namizədi Paşa Kərimov nəşrə hazırlayıb. P. Kərimovun APA-ya verdiyi məlumata görə, o bu əsəri Berlin Dövlət Kitabxanasından tapılmış bir əlyazma əsasında çapa hazırlayıb və kitaba ön söz yazıb. Kitabın redaktoru Əlyazmalar İnstitutunun əməkdaşı Arif Ramazanovdur. P. Kərimovun bildirdiyinə görə, 1842 beytdən ibarət olan bu divan Berlin nüsxəsinin 30 vərəqinə köçürülüb. Divanın sonunda məlum olub ki, əsərin əlyazması 1707-ci ildə Hindistandan köçürülüb. Kitab 221 səhifədən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR