Bank Of Baku

Azərbaycanlı şairənin kitabları Almaniyanın Milli Dövlət Kitabxanasında kataloqlaşdırılıb

Azərbaycanlı şairənin kitabları Almaniyanın Milli Dövlət Kitabxanasında kataloqlaşdırılıb
# 03 avqust 2009 06:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Almaniyanın Leypsiq şəhərində yerləşən Almaniya Milli Dövlət Kitabxanası bu ölkədə yaşayıb yaradan tədqiqatçı yazar Nuridə Atəşinin Almaniyada və Azərbaycanda nəşr olunmuş kitablarını kataloqlaşdırıb. APA-nın məlumatına görə, kataloqa müəllifin indiyə qədər nəşr olunmuş 15 kitabı, müxtəlif antologiyalarda yer almış əsərləri, həmçinin tədqiqat nümunələri daxildir.

Klassik Azərbaycan ədəbiyyatının “Pərvanə və Şam” adlı antologiyasını məşhur alman sairi Jan Veinertlə bərabər ötən ilin sonunda Almaniyanın tanınmış “Mattes& Seitz” nəşriyyatında nəşr etdirdikdən sonra şairə alman ədəbi dairələrinin diqqətini daha da cəlb edib. O, K. Fiser nəşriyyatından alman dilində seçilmiş əsərlərindən ibarət kitabını nəşr etdirmək təklifi alıb. “Od qızı” adlı şeirlər kitabı ötən ay nəşriyyatın nəzdindəki “Deutsche Lyrik Verlag“ nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunub.

Bundan başqa, K. Fişer nəşriyyatı “Bu günün nəsri və poeziyası” adlı 537 səhifəlik antologiyasına azərbaycanlı şairənin 5 əsərini və geniş bioqrafiyasını daxil edib.

Qeyd edək ki, dünya şöhrətli yazar Məhəmməd Əsəd Bəydən sonra N. Atəşi alman dilində yazan və alman ədəbiyyatında özünə yer edən ikinci Azərbaycan yazarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR