Bank Of Baku

Azərbaycan prezidentinin sərəncamı ilə nəşr edilən 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası”na abunə yazılışı başlanılıb

Azərbaycan prezidentinin sərəncamı ilə nəşr edilən 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası”na abunə yazılışı başlanılıb
# 12 avqust 2009 07:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan prezidentinin sərəncamı ilə nəşr edilən 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası”na abunə yazılışı başlanılıb. Kitab Klubundan APA-ya verilən məlumata görə, kitablar “Tutu” nəşriyyatında nəfis dizaynda, “Şərq-Qərb” və CBS mətbəələrində yüksək poliqrafik keyfiyyətdə yenidən redaktə olunmuş variantda çap olunur.
Kitabların 120-si Azərbaycan dilində ilk dəfədir nəşr olunur və satış qiymətindən 40% ucuz olacaq. Məlumatda bildirilib ki, kitabların birinin qiyməti 7 manatdan baha deyil. “Dünya Ədəbiyyatı Kitabxanası”na abunə müddəti iki ildir. “Dünya Ədəbiyyatı Kitabxanası”nda çap olunan kitablar üç seriyada (klassik dünya ədəbiyyatı, müasir dünya ədəbiyyatı və Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri) çap olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR