Bank Of Baku

Rusiyanın əfsanəvi «Na-na» qrupu Bakıda konsert verib

Rusiyanın əfsanəvi «Na-na» qrupu Bakıda konsert verib
# 15 avqust 2009 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Bakıda Rusiyanın əfsanəvi «Na-na» pop musiqi qrupunun konserti keçirilib. APA-nın məlumatına görə, axşam saat 22:00-da başlayan tədbirdə Azərbaycan və Böyük Britaniya DJ-lərinin təqdim etdiyi 80-90-cı illərin («Diskoteka 80-ıx») musiqiləri dinlənilib. Təxminən bir saatdan sonra isə «Na-na» səhnəyə çıxıb və musiqi gecəsi daha da canlanıb. «Na-na» repertuarındakı «Şlyapa», «Faina», «Podari mne lyubov», «Qde tı bıla» və digər mahnılarını ifa edib.

Konsertin ilk hissəsi başa çatandan sonra müxtəlif müsabiqələr keçirilib, konsert iştirakçılarının bəziləri mobil telefon, bir nəfər isə avtomobil qazanıb.

Konsertin ikinci hissəsində isə «Na-na» yeni mahnılarını ifa edib. Saat 02:00 radələrində “Na-na” səhnəni tərk edib, səhnə yenidən DJ-lərin ixtiyarına verilib. Tədbir səhər saat 4:00-dək davam edib.

Qeyd edək ki, «Na-na» qrupu 1988-cu ildə Rusiyanın musiqi aləminin tanınmış şəxslərindən biri olan Bari Alibasov tərəfindən yaradılıb. Qrupun hazırda 400-dən artıq mahnısı var. Mahnıların əksəriyyətinin müəllifi B.Alibasovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR