Bank Of Baku

Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri qırğız dilinə tərcümə edilib

Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri qırğız dilinə tərcümə edilib
# 18 avqust 2009 12:49 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA. Görkəmli qırğız şairi və tərcüməçisi Eqamberdi Ermatov dahi Azərbaycan filosofu və şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini qırğız dilinə tərcümə edib. Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev APA-nın yerli bürosuna bildirib ki, bu ilin oktyabr ayında kitabın təqdimat mərasimi olacaq və kitabla əlaqədar elmi praktik konfrans keçiriləcək. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, nizamişunas alim Teymur Kərimli və digər ədəbiyyat və mədəniyyət xadimləri də iştirak edəcəklər. Bu il eyni zamanda Azərbaycan diasporunun köməkliyi ilə “Azərbaycanlılar Qırğısıztanda ” kitabının ikinci hissəsinin çapı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR