Bank Of Baku

Azərbaycanda uşaq və yeniyetmələr üçün virtual kitabxananın yaradılması üçün layihə həyata keçirilir

Azərbaycanda uşaq və yeniyetmələr üçün virtual kitabxananın yaradılması üçün layihə həyata keçirilir
# 21 avqust 2009 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda “Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması” adlı kulturoloji layihə hazırlanır. Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ)birgə həyata keçirilir. Bu barədə APA-ya məlumat verən YYSQ-nın rəhbəri Aydın Xan Əbilov “Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması” adlı kulturoloji layihənin həyata keçirilməsini yüksək dəyərləndirdiyini bildirib: “Statistik məlumatlara görə, Azərbaycanda yaşayan əhalinin yarısından çoxunu, dünyada yaşayan soydaşlarımızın böyük əksəriyyətini yeni nəslin nümayəndələri - uşaq, yeniyetmə və gənclər təşkil edir. Millət olaraq mədəniyyətimiz, psixologiyamız, milli-mənəvi dəyərlərimiz, etnik şüur, mentalitet, həyat və davranış tərzimiz bir olsa da, qloballaşmanın dağıdıcı və sürətli həmlələri, eləcə də xalqların son illərdəki sıx inteqrasiyası nəticəsində millətimizin idenfikasiya kodları dəyişikliklərə məruz qalır, milli sivilizasiyamızın özünəməxsusluqları unudulmaqdadır”. A.Əbilov bildirib ki, “Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması" Kulturoloji - İnnovativ layihənin həyata keçirilməsi bu kimi problemlərin həllində ciddi rol oynayacaq: “Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir zəmanədə saysız-hesabsız insanın yararlana biləcəyi e-kitablar məcmusu kimi gördüyümüz İnternetdə Milli Virtual Kitabxananın dəyərini izah etməyə əslində ehtiyac yoxdur. Nəzərdə tutulan internet portalı - Milli Virtual Kitabxana hazır olandan sonra Azərbaycan Yazıçılar Birliyində geniş şəkildə təqdimat mərasimini də keçirməyi düşünürük. Layihənin sonrakı mərhələsində isə gənclərə aid şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələrinə portalda yer ayrılacaq. Artıq Millli Virtual Kitabxananın İnternet veb-dizaynı hazırlanıb, portalın yüksək səviyyəli proqramı yazılır. Bu şəbəkə layihəsi milli mütəxəssislər tərəfindən məxsusi olaraq, müəllif və əlaqəli hüquqlar qorunmaqla, məhz YYSQ sifarişi əsasında rəqəmsal-informatik texnoloji bilgilər əsasında hazırlanır. Oktyabr ayında layihənin nəticəsi olaraq böyük bir Azərbaycan dilli şəbəkə resursu dünyanın 50 milyonluq azərbaycanlılarının ixtiyarına veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR