Bank Of Baku

SSRİ-nin dövlət himninin müəllifi Sergey Mixalkov vəfat edib

SSRİ-nin dövlət himninin müəllifi Sergey Mixalkov vəfat edib
# 27 avqust 2009 12:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sovet ədəbiyyatının klassiki Sergey Mixalkov 97 yaşında vəfat edib. APA-nın “İTAR-TASS”a istinadən xəbərinə görə, görkəmli şair Moskva klinikalarının birində dünyasını dəyişib.
Qeyd edək ki, S.Mixalkov SSRİ-nin dövlət himninin və Rusiyanın yeni himninin müəllifi olub. O, üç dəfə SSRİ Dövlət mükafatının, Lenin mükafatının laureatı olub. Eyni zamanda uşaqlar üçün də şeirlər yazan şair populyar bədii və cizgi filmlərinin ssenari müəllifi olub. 1935-ci ildə onun ən məşhur poeması olan “Styopa dayı” çap olunub.
20 il ərzində RSFSR Yazıçılar İttifaqına rəhbərlik edən S.Mixalkov RSFSR və SSRİ-nin Ali Sovetinin deputatı olub. 2005-ci ildən o, Yazıçılar ittifaqlarının beynəlxalq birliyinin İcraiyyə Komitəsinin sədri idi. 2008-ci ildə S.Mixalkov Rusiyanın ali mükafatına – Müqəddəs apostol Andrey Pervozvannı ordeninə layiq görülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR