Bank Of Baku

Xalq yazıçısı Əkrəm Əylislinin beş əsəri bir kitabda nəşr olunacaq

Xalq yazıçısı Əkrəm Əylislinin beş əsəri bir kitabda nəşr olunacaq
# 02 sentyabr 2009 11:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Xalq yazıçısı Əkrəm Əylisli postsovet dövründə yazdığı beş əsərini bir kitabda nəşr etdirəcək. Bu barədə APA-ya açıqlama verən xalq yazıçısı, Milli Məclisin üzvü Ə. Əylisli sözügedən kitabda “Dəhnə”, “Yəmən”, “Ətirşah Masan”, “Daş yuxular” və “Möhtəşəm tıxac” romanlarının yer alacağını bildirib. Hazırda Əylisdə olan yazıçı “Daş yuxular” və “Möhtəşəm tıxac” romanlarını yeni yazdığını, Azərbaycanın müstəqilliyinin ilk illərində qələmə aldığı “Dəhnə” əsərini isə yenidən işlədiyini deyib. Onun sözlərinə görə, nəzərdə tutulan kitab beş-altı aydan sonra işıq üzü görəcək. Son romanlarında Milli Məclislə bağlı məqamların yer alıb-almadığına aydınlıq gətirən xalq yazıçısı bunları deyib: “Bu gələcək əsərlərdə ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR