Bank Of Baku

“Məcburən erməniləşdirilmə” adlı kitabın təqdimat mərasimi keçirilib

“Məcburən erməniləşdirilmə” adlı kitabın təqdimat mərasimi keçirilib
# 03 sentyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanda Atatürk Mərkəzində Faiq İsmayılovun müəllifi olduğu “Məcburən erməniləşdirilmə” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, bu kitab Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə vəsaiti hesabına həyata keçirdiyi “Qarabağ Abidələri Tariximizin əbədi yaddaşıdır” layihəsi çərçivəsində hazırlanıb. Tədbirdə çıxış edən kitabın müəllifi Faiq İsmayılov kitabda toplanan materialların əslində Azərbaycan torpaqlarının xarici dövlətlərin vasitəsi ilə necə erməniləşdirildiyindən bəhs etdiyini deyib: “Kitabda erməni-türk münasibətlərinə xüsusi önəm verilir, göstərilir ki, uzun illər Türk dövlətlərinin tərkibində yaşayan və burada firavanlıq tapan ermənilər, zaman-zaman müxtəlif dövlətlərin təsiri ilə türk millətinə və dövlətinə qarşı böyük xəyanətlər ediblər”. Müəllif Azərbaycan ərazilərinin erməniləşdirilməsi prosesinə 1828-ci ildən başlandığını deyib. Tədbirdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları nəşr olunan kitabla bağlı fikirlərini bildiriblər. Natiqlər Azərbaycanda nəşr olunan bu cür kitabların dünyada yayılmasının vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR