Bank Of Baku

Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı onun haqında roman yazıb

Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı onun haqında roman yazıb
# 05 sentyabr 2009 09:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı onun haqında roman yazıb. Bu barədə APA-ya açıqlamasında xalq şairi, millət vəkili Vaqif Səmədoğlunun özü məlumat verib. V. Səmədoğlu deyib ki, həyat yoldaşı Nüşabə Babayevanın onun haqqında yazdığı xatirələrdən ibarət roman yaxın vaxtlarda çap olunacaq: “Nüşabə xanım yazdıqlarını hələ ki, mənə göstərmir. Yəqin çap olunandan sonra oxuyacağam. Həyat yoldaşları ərləri haqqında roman yazanda onları ya öldürür, ya da dirildirlər. Yəqin mənimki ikinci yolu seçər. Bu mənim üçün çox maraqlıdır” .

V. Səmədoğlu özü barəsində daha bir avtobioqrafik romanın isə başqa müəllif tərəfindən hazırlandığını deyib. Xalq şairi bu il hər iki kitabın oxuculara təqdim ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR