Bank Of Baku

Əsəd Cahangir “Körpü” jurnalının baş redaktoru vəzifəsindən çıxarılıb

Əsəd Cahangir “Körpü” jurnalının baş redaktoru vəzifəsindən çıxarılıb
# 09 sentyabr 2009 11:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin iclası keçirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun APA-ya verdiyi məlumata görə, iclasda “Körpü” jurnalının baş redaktoru Əsəd Cahangirlə bağlı daxil olmuş şikayətlər araşdırılıb: “İclas zamanı onun əmək intizamını pozması, qələm sahiblərini dəfələrlə təhqir etməsi aşkara çıxarılıb”.

İclasın sonunda Ə. Cahangir “Körpü” jurnalının baş redaktorluğundan çıxarılıb. Ona axırıncı xəbərdarlıqla şiddətli töhmət verilib: “Əgər Əsəd Cahangirlə bağlı Yazıçılar Birliyinə yenə şikayətlər daxil olsa, o, birlik üzvlüyündən də xaric ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR