Bank Of Baku

Azərbaycanın xalq yazıçısı İsa Muğannanın seçilmiş əsərlərinin təqdimatı keçirilib

Azərbaycanın xalq yazıçısı İsa Muğannanın seçilmiş əsərlərinin təqdimatı keçirilib
# 10 sentyabr 2009 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Bakıda keçirilən I Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin “Ustad sənətkarlar” seriyasından xalq yazıçısı İsa Muğannanın 6 cildlik seçilmiş əsərlərinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, “Seçilmiş əsərlər” “Avrasiya Press” nəşriyyatına çap olunub. Təqdimat mərasimində səhhətində ciddi problemlər olan səbəbkar İsa Hüseynovun özü də iştirak edib. Təqdimat mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov İsa Muğannanın Azərbaycan mədəniyyətindəki xidmətlərindən, onun ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb. Xalq şairi Zəlimxan Yaqub isə bu günün Azərbaycan xalqının mənəviyyatının bayramı olduğunu qeyd edib. Təqdimat mərasimində çıxışçılar İsa Hüseynova bundan sonra da yaradıcılıq uğurları arzulayıblar. Qonaqlar xalq yazıçısını təbrik edib və ona çoxsaylı gül dəstələri təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR