Bank Of Baku

Almaniyanın Payne şəhərində Azərbaycanın böyük şairi Mirzə Şəfi Vazehin xatirə lövhəsinin açılışı olub

Almaniyanın Payne şəhərində Azərbaycanın böyük şairi Mirzə Şəfi Vazehin xatirə lövhəsinin açılışı olub
# 10 sentyabr 2009 15:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Almaniyanın Aşağı Saksoniya əyalətinin Payne şəhərində Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazeh və onun dostluq etdiyi alman şairi Fridrix von Bodenştedtin şərəfinə xatirə lövhəsi qoyulub. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib. Sentyabrın 8-də Payne şəhər meriyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti və səfirliyin birgə səyi ilə xatirə lövhəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Payne şəhər merinin müavini Gerhard Brendeke, Azərbaycan səfirliyinin müşaviri Anar Hüseynov, Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev və Bodenştedt adına məktəbin direktoru Raynhard Sauer çıxış ediblər. Onlar iki görkəmli şəxsiyyət arasında dostluğun alman və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin tərkib hissəsi olduğunu, bu dostluğun dünya ədəbi irsinə xidmət etdiyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR