Əlibala Hacızadə: “Artıq mənə ayrılan yaşamaq limitinin qurtardığını hiss eləyirəm” - MUSAHİBƏ
- Gücüm yoxdur, ona görə işim də yoxdur. Necəliyimə qalanda isə səhhətimdə problemlər var. Böyrəyim məni çox incidir. Bir ildir ki, müalicə olunuram. Müalicə üçün Rusiyaya getmişdim. Orada da, burada da gördüm ki, həkimlərin xəstəyə münasibətdə yalnız bir istəyi var. Yalnız kəsmək, doğramaq. Onlar çox az hallarda xəstəni müalicə yolu ilə sağaltmaq istəyirlər. Əsas məqsəd isə bıçağı götürüb məsələni birdəfəlik həll eləməkdir. Ancaq yaxşı, vicdanlı həkimlər də az deyil. Sağ olsun, Yazıçılar Birliyinin sədri Anarı. Onun qayğısı nəticəsində indi öz ölkəmizdə müalicə olunuram.
- Deyəsən bu yaxınlarda doğum gününüzü qeyd eləyibsiniz?
- Avqustda 74 yaşımı tamam etmişəm. Bilmirəm 75 yaşı qeyd eləyə biləcəyəm, ya yox. Ad günümü demək olar ki, mətbuat və televiziyalar qeyd elədi. İctimai Televiziyada, “Space” telekanalında haqqımda veriliş verdilər. Ancaq bu aralar özümdə deyiləm. Həyatımın ən ağır günlərini yaşayıram.
- Nə olub ki?
- Bu günlərdə həyat yoldaşımı itirmişəm. Onunla 48 il bir yerdə yaşamışıq. Onun ölümü mənim üçün ağır itkidir. Çox mehriban olmuşuq. İndi evə gedəndə dəli oluram. Hər tərəfdə səsini eşidirəm. Küçədə olanda saata baxıram ki, evə getmək vaxtıdır. Evə gedirəm, görürəm ki gözləyənim yoxdur. Gecələr səhərə qədər Allaha yalvarıram ki, onun o dünyasını versin.
- Niyə sizə indiyə kimi fəxri ad verməyiblər?
- Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O, zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.
- Heç fəxri ad almaq üçün müraciət etməmisiniz?
- Bu sistemin özü düzgün deyil. Mirzə Ələkbər Sabir bəyəm xalq şairi idi? Ancaq hansı xalq şairi onun qədər sevilə bilər? Əsas xalqın şairi olmaqdır. İndi belə çıxır ki, mənim “xalq yazıçısı” fəxri adım yoxdur deyə, mən xalqın yox, qulyabanıların yazıçısıyam? Digər tərəfdən də məsələ məndən asılı deyil. Hər kəs hər şeyi yaxşı görür. Mən gedib kimə nə deməliyəm? Ola bilər ki, kimlərsə ad almaq üçün müraciətlər edirlər. Ancaq bu, mənlik deyil. Allaha şükür, mənə prezident təqaüdü kəsiblər. Bu pul olmasa çox çətinlik çəkərəm. Hələ indi-indi özümü qara zolaqdan çıxmış hesab edirəm. Akademiyada elmi içiyəm və elmlər namizədi kimi 170 manat alıram. Görəsən bu pulla dolanmaq olar? Həyatda hər şeyi şükranlığımın hesabına qazanmışam. Allah insanları sınayır. Heç vaxt Allaha asilik etməmişəm. Bir neçə il əvvəl birdən-birə kitablarım çap olunmağa başladı. Gülağa Tənha on cildliyimi çap etdirdi. Ondan əvvəl isə Gülhüseyn Əhmədov bir kitabımı çap etdirib.
- Deyilənə görə, xeyriyyəçi Gülağa Tənha ilə aranız dəyib. O, Sizə kəsdiyi ömürlük təqaüdü də vermir?
- Mən ilanla qol-boyun yaşayaram, yalanla yox. Gülağa Tənhadan heç bir narazılığım yoxdur. O, insan mənə böyük yaxşılıqlar eləyib. Mənə ayırdığı təqaüdü də bir il aldım. Sonra o maşınlarını da, buradakı ofisini də satıb Bakıdan getdi. Ayırdığı təqaüd də elə onunla birlikdə yoxa çıxdı. Hərdən zarafatla deyirəm ki, Gülağa Tənha gördü pul saxlayan deyiləm, yığıb hamısını birdən verəcək. Ancaq buradan gedəndə mənimlə xudahafizləşmədi. Heç olmasa ona təşəkkür eləyərdim. Ancaq mənə təkcə Gülağa Tənha kömək eləməyib. Professor Nazim Hüseynli, Qəzənfər Paşayev, Həqiqət Paşaqızı və digər şəxslər mənim haqqımda kitablar yazıb. Bundan başqa, Azər Bayramov, Alim Şirinov adlı yaxın qohumumun və digər məni istəyənlərin daimi qayğısını hiss edirəm. Onlar mənim hörmətimi saxlayırlar.
- Vaxtilə Azərbaycanda ən çox tirajı olan yazıçılardan biri siz olubsunuz...
- Hə, mənim kitablarımın tirajı 100 minlərlə olub. Təkcə “İtkin gəlin” kitabım üç dəfə təkrar çap olunub, hər dəfə də 100 min tirajla. Sovet vaxtı Heydər Əliyev rayonlara səfər edəndə yazıçıları da özü ilə aparardı. Səfərlərinin birində heyətə mənim də adımı salmışdılar. Lakin xəstələndiyim üçün gedə bilmədim. Onlar Saatlıdan keçəndə Heydər Əliyev yolun kənarında, günün altında pambıq sahəsində işləyən qızları görür və maşınını saxlatdıraraq onların yanına gedir. Pambıqçı qızlarla söhbət zamanı onların problemləri ilə maraqlanır və ürəklərində hansı arzuların olduğunu soruşur. Qızlardan biri əlini qaldırıb probleminin olduğunu söyləyir. Heydər Əliyev problemin nədən ibarət olduğunu soruşanda qız cavab verir ki, Əlibala Hacızadənin “İtkin gəlin” adlı bir kitabı çıxıb, həmin kitabdan onların kəndinə cəmi 1 nüsxə göndəriblər. Qız kitabı oxumaq üçün siyahıda 23-cü adam olduğunu deyib və xahiş eləyib ki, mümkünsə, həmin kitabdan bir az çox nəşr etsinlər. Heydər Əliyev ətrafa baxaraq, mənim harada olduğumu soruşub. Cavab veriblər ki, xəstələndiyi üçün gələ bilməyib. O, da özünəməxsus şəkildə gülərək “yəqin Əlibala bilib ki, ondan kitab istəyəcəksiniz, ona görə gəlməyib” deyir. Bundan sonra kitablarımın tirajı daha da artdı. “Əfsanəsiz illər” və “Ayrılığın sonu yoxmuş” kitablarımın hərəsi 300 min tirajla çap olunub. İndi Azərbaycanın hansı bölgəsinə getsən, orada mənim kitabım var. Bir dəfə dostlarım dedi ki, gəl, Heydər Əliyev Sarayında tədbir keçirək, ölkədə nə qədər Elməddin və Əfsanə adını daşıyan adam var, hamısı bu tədbirə dəvət eləyək. Razı olmadım. Dedim fikirləşərlər ki, Əlibala özünü təbliğ eləyir. Bir dəfə də rayonlardan birinə görüşə çağırmışdılar. Orada bir inək göstərdilər, adını Əfsanə qoymuşdular. O vaxt elə bilirdim ki, həmişə belə olacaq. Ancaq sən demə, həyatda kitabların kitabının bağlandığı gün də olurmuş...
- İndi nə yazırsınız?
- Əlim qələm tutmur. Əllərim əsdiyinə görə kağız üstündə saxlaya bilmirəm. Ancaq indi onun da yolunu tapmışam. Tələbələrimdən biri mənə diktofon verib. Diktofonu qurub, yazılarımı danışıram. Sonra onu kağıza köçürtdürüb, çap etdirəcəyəm. Axırıncı kitabımın adı “Son hekayələr” olacaq.
- Elə niyə?
- Artıq mənə ayrılan yaşamaq limitinin qurtardığını hiss eləyirəm. Ona görə də kitabımın adı belə olacaq. İstəyirəm bu hekayələri ürəyimdə aparmayım. Sənətkar öləndə onun ölümündən çox, beynində apardığı əsərlərinə ağlayıram. Yaza bilsəm, beynimdə ən azı on cild material var.
- Müasir Azərbaycan ədəbiyyatında gedən prosesləri, yeni imzaları izləyirsiniz?
- Mümkün qədər izləyirəm. Ramiz Rövşənin yaradıcılığını çox bəyənirəm. Əlli beş ildir ədəbi aləmdəyəm, ancaq bir neçə adamın haqqında “ədəbiyyata yeni nəfəs gəlir” demişəm. Cavan şairlərdən Qulu Ağsəsin şerləri çox xoşuma gəlir. Nəsrdə də bəyəndiyim müəyyən imzalar var. Bu yaxınlarda Hüseynbala Mirələmovun bir neçə əsərini oxumuşam. Açığı, çox xoşuma gəlib. Onun əsərlərində hadisələrin təsviri çox canlı və realdır. O, əsərlərində psixologiyanı gözəl verir. Çox adama dedim ki, onun əsərlərini oxusunlar. Daha sonra nəsrdə Həqiqət Paşaqızı adlı yazarın imzasını da yüksək qiymətləndirirəm. Bizim cəmiyyətdə yaradıcı adamlara münasibət birmənalı olmur.
- Adətən, yaradıcı adamlar yaşlananda doğulduğu torpağa qayıdırlar. Sizin qayıdıb Biləsuvarda yaşamaq fikriniz yoxdur ki?
- Keçən il Biləsuvara getdim. Gördüm ki, evimizdən əsər-əlamət qalmayıb. Qonşunun oğlanlarından biri bizim qapımızda ev tikib. Camaat dedi ki, o evi qonşunun əlindən al. Ancaq bunu bacarmadım. Otuz sot həyətyanı sahəsi ilə birlikdə evimizi verdim qonşuya. Biləsuvar icra hakimiyyətinin başçısı bu hadisədən xəbər tutandan sonra mənə rayonun başqa bir yerində torpaq sahəsi ayrılması haqda göstəriş verib. İndi torpaq ayırıblar, ancaq tikən yoxdur. Kim tiksin? Heç onun çəpərini çəkməyə belə imkanım yoxdur. Başmı güclə dolandırıram.
- Qələm adamlarından sizə baş çəkən olur?
- Məxsusi olaraq, qayğıma qalan, tez-tez yoxlayan yoxdur. Heç kimdən incimirəm. Allahın bu gününə şükür. Həyatdır də...
- Vəsiyyətinizi eləyibsiniz?
- Hələlik eləməmişəm. İndi məni narahat eləyən məsələ Bakıda qəbir yerlərinin satılmasıdır. İnanın ki, bu, dəhşətdir. İnsan ölür, onu basdırmaq üçün nə qədər pul verib bir metr yer almalısan. Ölüm haqdır, varlının da qapısını döyür, kasıbın da. Ancaq varlının qapısını döyəndə, varlı adam itirdiyi əzizi üçün ağlayır. Kasıbın qapısını döyəndə isə həm ölən üçün, həm də yerdə qalan üçün ağlayırlar. Belə bir söz var: “ Padşahların sözü, sözlərin padşahı”. Əgər bu işə baş qoşan olsa, heç olmasa bu ölkədə kasıb adamları pulsuz basdırmaq mümkün olar...
Ədəbiyyat
Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana ukraynalı şairin adı verilib
Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib - FOTO
Mədəniyyət Nazirliyi şair Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yayıb
Xəbər Lenti
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib