Bank Of Baku

Muzey Mərkəzində “Həqiqətlə üzbəüz” kitabının təqdimat mərasimi keçirilib

Muzey Mərkəzində “Həqiqətlə üzbəüz” kitabının təqdimat mərasimi keçirilib
# 11 sentyabr 2009 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya Press” nəşriyyatında çap olunan “Həqiqətlə üzbəüz” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Qaçqın, köçkün probleminə yeni yanaşma yanaşma” layihəsi çərçivəsində nəşr edilən bu topluda Füzuli, Ağdam, Tərtər və Goranboy rayonlarında məcburi köçkün və qaçqınların yaşam tərzi, qayğı və problemləri ilə tanış olan Almaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Pakistan, İraq, Misir, Banqladeş və Nigeriyadan olan tələbələrin təəssüratları yer alıb. Sülh marşrutu ilə Qarabağa 4 günlük səfərin təşkilatçısı Bakı Beynəlxalq Tələbə Klubu könüllü çalışan bir qrup tələbə tərəfindən, bu təşkilatın dəstəyi ilə yaradılan və 2007-ci ildə rəsmi qeydiyyatdan keçən müstəqil qeyri-hökumət gənclər təşkilatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR