Bank Of Baku

Azərbaycan Dillər Universitetində şəhid şair Ülvi Bünyadzadənin anım mərasimi keçirilib

Azərbaycan Dillər Universitetində şəhid şair Ülvi Bünyadzadənin anım mərasimi keçirilib
# 23 sentyabr 2009 17:35 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 40 illiyi münasibəti ilə anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, “20 Yanvar Şəhidləri” Cəmiyyətinin sədri Soltan Əzimzadə, Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə, qrup yoldaşı Fərqanə Zülfüqarova, 56 saylı orta məktəbin şagirdləri və ADU-nun müəllim-tələbə heyəti iştirak edib.
Mərasimdən öncə universitetin müəllim-tələbə heyəti müqəddəs Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra tədbir ADU-da yaradılmış Ülvi Bünyadzadə muzey-lektoriyası önündə davam etdirilib.
Tədbirin sonunda şəhidin atası Yusif Bünyadzadə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, hər il sentyabrın 23-də Ülvinin ad günündə ADU rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin, şəhidin atası Yusif Bünyadzadənin iştirakı ilə xatirə gecəsinin keçirilməsi artıq ənənə halını alıb. Bu il iyunun 30-da ADU-nun müəllim-tələbə heyəti Ülvi Bünyadzadənin anadan olmasının 40 illiyi münasibətilə onun təhsil aldığı Daşkəsən rayonuna səfər edərək, şəhidin vaxtilə təhsil aldığı Daşkəsən rayonu 6 saylı məktəbin müəllim və şagirdləri ilə görüş keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR