Bank Of Baku

Mərdəkanda Yeseninin doğum günü qeyd olunacaq

Mərdəkanda Yeseninin doğum günü qeyd olunacaq
# 29 sentyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük rus şairi Sergey Yeseninin doğum günü oktyabrın 3-də onun Mərdəkanda yerləşən Ev Muzeyində qeyd olunacaq. APA-nın Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, tədbirə Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, diplomatik korpusun, ictimai təşkilatların, təhsil ocaqlarının nümayəndələri, rus dili və ədəbiyyatı üzrə Olimpiadanın qalibləri dəvət olunub. Tədbirdə “Günay” uşaq dramatik teatrının, 2 saylı internatın nəfəs alətləri orkestrinin, 145 saylı məktəbin şagirdlərinin iştirakı ilə ədəbi proqram nümayiş etdiriləcək. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin rus dili və ədəbiyyatı üzrə Olimpiadanın qaliblərinə mükafatlar verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR