Bank Of Baku

Sergey Yeseninin ev-muzeyində şairin anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirilib

Sergey Yeseninin ev-muzeyində şairin anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirilib
# 03 oktyabr 2009 11:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Mərdəkan qəsəbəsində yerləşən Sergey Yeseninin ev-muzeyində məşhur şairin anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Ruisiyanın Azərbaycandakı səfirliyi və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbir çərçivəsində şairin şerləri səsləndirilib. Rusiya səfiri Vladimir Doroxin Sergey Yeseninin ev-muzeyinə şairin iki avtoqrafının surətini bağışlayıb. Bu surətlər Rusiya səfirliyinin xahiş ilə Moskva Sergey Yesenin Dövlət Muzeyi tərəfindən hazırlanaraq Bakıya göndərilib. Tədbirdə “Günay” uşaq dram teatrının kollektivi, 2 saylı internatın nəfəsli uşaq orkestri, 145 saylı məktəbin şagirdləri çıxış ediblər. Tədbirin sonunda rus dili və ədəbiyyatı üzrə olimpiadanın qaliblərinə diplomlar və xatirə hədiyyələri təqdim olunub. Mərasimdə Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər icra hakimiyyətinin, Əzizbəyov rayon icra hakimiyyətinin, diplomatik korpusun, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR