Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi qeyd olunacaq

Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi qeyd olunacaq
# 06 oktyabr 2009 10:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) 75 illik yubileyi birliyin orqanı olan “Ədəbiyyat” qəzetinin 75 illik yubileyi ilə birlikdə noyabrda keçiriləcək. Bu barədə APA-ya AYB-nın mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verilib. O bildirib ki, Yazıçılar Birliyinin yubileyi Bakı ilə yanaşı, bölgələrdə və bir sıra xarici ölkələrdə də qeyd ediləcək. Yubiley münasibətilə bir sıra kitabların nəşri də planlaşdırılır. “Ədəbiyyat” qəzetinin keçdiyi yol, AYB-nin tarixi, birliyə rəhbərlik etmiş şəxslər haqqında kitablar dərc ediləcək. Yubiley ərəfəsində AYB-nin saytına yeni portal əlavə olunacaq. Həmin portalda 1926-cı ildən bu günə qədər müxtəlif şairlərin və yazıçıların çıxışları səsli görüntülərlə yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR