Bank Of Baku

Tofiq Bayramın 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Tofiq Bayramın 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək
# 07 oktyabr 2009 22:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əməkdar incəsənət xadimi Tofiq Bayramın 75 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Tədbir “Simurq” Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək. “Simurq” Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, kurtoroloq Fuad Məmmədovun APA-ya verdiyi məlumata görə, seminar formasında təşkil olunacaq tədbirdə AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun “Tofiq Bayramın yaradıcılığı haqqında” çıxışı olacaq.

Xatirə tədbirində eyni zamanda xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca, akademik Ziyad Səmədzadə, millət vəkili Sabir Rüstəmxanlı, xalq rəssamı Ağəli İbrahimov və Tofiq Bayramın həyat yoldaşı Zərifə xanımın da çıxışı nəzərdə tutulur. Tədbirdə xalq artisti Zaur Rzayevin ifasında T.Bayramın sözlərinə bəstələnmiş mahnılar səslənəcək. T.Bayramın xatirəsi oktyabrın 10-da Atatürk Mərkəzində anılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR