Bank Of Baku

Görkəmli Azərbaycan yazıçısı Əlibala Hacızadə vəfat edib

Görkəmli Azərbaycan yazıçısı Əlibala Hacızadə vəfat edib
# 09 oktyabr 2009 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Görkəmli Azərbaycan yazıçısı Əlibala Hacızadə vəfat edib. Yazıçının ailəsindən APA-ya verilən məlumatına görə, Ə. Hacızadə həyat yoldaşı vəfat edəndən sonra çox zəifləyib və bədbinliyə qapanıb. Mərhumla vida mərasimi bu gün saat 15.00-da keçiriləcək. Ə. Hacızadə mərhum həyat yoldaşının yanında, “Qurd Qapısı” qəbiristanlığında dəfn ediləcək.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu isə APA-ya bildirib ki, Azərbaycan ədəbiyyatı və oxucuları gözəl roman və povestlər müəllifi olan istedadlı yazıçını itirib: “Əlibala Hacızadə prezidentin fərdi təqaüdünü alırdı. Azərbaycan Yazıçılar Birliyi onun “Xalq yazıçısı” fəxri adına layiq görülməsi üçün təqdimat vermişdi. Lakin “Xalq yazıçısı” adını almaq ona qismət olmadı. Lakin Əlibala müəllim onu sevənlərin qəlbində həmişə yaşayacaq”.

Qeyd edək ki, Ə. Hacızadə 1935-ci ildə Biləsuvar rayonunda anadan olub. Azərbaycan ədəbiyyatında o, “Ayrılığın sonu yoxmuş”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və digər əsərlərin müəllifi kimi yadda qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR