Bank Of Baku

Əlibala Hacızadə dəfn olunub - FOTOSESSİYA

Əlibala Hacızadə dəfn olunub - <font color=red>FOTOSESSİYA</font>
# 09 oktyabr 2009 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu səhər dünyasını dəyişən Azərbaycanın görkəmli yazıçısı Əlibala Hacızadə dəfn olunub. APA-ya verilən məlumatına görə, yazıçı ilə vida mərasimi yaşadığı evdə keçirilib. Mərhumla vidalaşmağa yaxınları və yazıçı dostları gəliblər.

Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Ə. Hacızadənin əsərləri Azərbaycan ədəbiyyatında xüsusi hadisə olub: “Onun şöhrətini qısqananlar da var idi. Bu, bəzən ona mane olurdu. Amma onun əsərləri özü-özünə yol açırdı. Əsərləri Əlibala Hacızadəyə ümumxalq şöhrəti gətirmişdi. İnsanın dünyada bundan böyük qazancı yoxdur”.

S. Rüstəmxanlı Ə. Hacızadənin “Xalq yazıçısı” adına layiq görülməməsinə və Fəxri xiyabanda dəfn edilməməsinə də münasibət bildirib: “Əlibala Hacızadə “Xalq yazıçısı” adına layiq adam idi, bu ada təqdim də olunmuşdu. Amma onun istər rəsmi, istərsə də qeyri-rəsmi dairələrdə xüsusi yeri vardı. Xalq da öz sevgisi ilə onu əhatə etmişdi. Mənə elə gəlir ki, heç o özü də Fəxri xiyabanda basdırılmağını istəməzdi. Əlibala Hacızadə hər birimizin ürəyindən, Azərbaycan ədəbiyyatından, öz evindən, ocağından gedir. Hansısa böyük salondan götürülməyin o dərəcədə də əhəmiyyəti yoxdur”.

Ə. Hacızadə mərhum həyat yoldaşının yanında, Xocasən qəbiristanlığında dəfn edilib.

Qeyd edək mərhum 1935-ci ildə Biləsuvar rayonunda anadan olub. Azərbaycan ədəbiyyatında “Ayrılığın sonu yoxmuş”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanlarının müəllifi kimi yadda qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR