Bank Of Baku

“Türkün gizli tarixi” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

“Türkün gizli tarixi” kitabının təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 oktyabr 2009 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanda Atatürk Mərkəzində Yunus Oğuz və Bəxtiyar Tuncayın müəllifliyi ilə “Türkün gizli tarixi” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, elmi-publisistik əsərin ön söz müəllifi əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor, millət vəkili Yaqub Mahmudovdur. Təqdimat mərasimində çıxış edən Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov bildirib ki, “Türkün gizli tarixi” kitabı türk dünyanın qədim tarixinin açılmayan qatlarına elmi səyahət və tədqiqatçılara mesajdır: “Bu gün ictimai şüurda türkçülük aşağı səviyyədədir. Bu hal bizi təəssüfləndirir. Ancaq bu gün təqdimatına yığışdığımız bu kitab bu şüuru formalaşdırır”. Tədbirdə professor Firudin Cəlilov, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, millət vəkili Qənirə Paşayeva və başqaları çıxış edərək müəllifləri təbrik edib və gələcək işlərində yaradıcılıq uğurları arzulayıblar.

Qonaqlara təşəkkür edən Yunus Oğuz qeyd edib ki, türkün gizli məqamları bir çox alimlər tərəfindən qeyd olunsa da, onun fəlsəfi, siyasi ümumiləşdirilməsi yox idi: “Bu gizlin tarixləri biz Homerdən, Heredotdan, onlarda deyilən etnonimləri götürmüşük və sübut etmişik ki, türkün axını şərqdən qərbə deyil, qərbdən şərqə olur. Azərbaycan və Anadolu türkləri aborigen kimi, yəni köklü şəkildə burada yaşayıblar. Kitabın əsas mahiyyəti bundan ibarətdir”.

Qeyd edək ki, “Türkün gizli tarixi” kitabında Azərbaycanın qədim dövrü, Şumerlər, Lulubilər, qədim türk soyları, qədim türk ləhcə və şivələri, qədim dini inanclar və digər məsələlərə toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR