Bank Of Baku

Naxçıvanda “Qəvaidi ədəbiyyə” kitabının orijinal nüsxəsi tapılıb

Naxçıvanda “Qəvaidi ədəbiyyə” kitabının orijinal nüsxəsi tapılıb
# 23 oktyabr 2009 11:16 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Hüseyn Cavid və Abdulla Şaiq tərəfindən 1919-cu ildə nəşr edilən “Qəvaidi ədəbiyyə (ədəbiyyat qaydaları)” kitabının orijinal nüsxəsi tapılıb.
AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nigar Sadıqzadənin APA-nın yerli bürosuna verdiyi məlumata görə, sırf təsadüf nəticəsində ortaya çıxan kitab haqqında əvəllər də ədəbiyyatşünas alimlər məlumat verib: “Lakin bu məlumatlar dolğun və səhih olmayıb.
Orijinal nüsxəsi tapıldıqdan sonra öyrəndik ki, kitabın nəşr olunmasında əsas məqsəd həmin dövrdə ədəbiyyatşünaslığa aid məlumatların bir topluda cəmlənməsindən ibarət olub”.
134 səhifəlik “Qəvaidi ədəbiyyə” müəlliflərin “Bir-iki söz” adlı kiçik müqəddiməsi ilə başlayır.
N.Sadıqzadənin bildirdiyinə görə hal-hazırda əski əlifbadan yeni əlifbaya köçürülən kitab yaxın günlərdə yenidən nəşr olunaraq oxucuların ixtiyarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR