Bank Of Baku

Seyran Səxavətin “Bəhanə” və “Yəhudi əlifbası” kitablarının təqdimatı keçirilib

Seyran Səxavətin “Bəhanə” və “Yəhudi əlifbası” kitablarının təqdimatı keçirilib
# 28 oktyabr 2009 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı Seyran Səxavətin “Bəhanə” və “Yəhudi əlifbası” kitablarının təqdimatı və oxucularla imza günü keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, Seyran Səxavət Azərbaycanın çağdaş ədəbiyyatının ən istedadlı yazıçılarından biridir. Yazıçının oxucularla hər görüşü ciddi ədəbi hadisə hesab olunur.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə isə bildirib ki, Azərbaycanda yazıçılar çoxdur, elə Yazıçılar Birliyinin üzvləri də kifayət qədərdir: “Lakin hər yazıçının dünyaya baxış bucağı yoxdur. Seyran Səxavət belə baxış bucağı olan yazıçıdır. Onunla birlikdə həmin bucaq altında baxanda insan çox gözəgörünməz mətləbləri anlayır. Bugünkü Azərbaycanın çoxlu problemləri və qayğıları var. Bunların hamısını işıqlandırmağa yaxşı bir yazıçı qələmi gərəkdir”.

Xalq artisti Fuad Poladov isə bildirib ki, Seyran Səxavət qürurlu adamdır, lakin təkəbbürlü deyil: “Sadə adamdır, amma zəif deyil. Ciddi adamdır, lakin sərt deyil. Məhz bütün bu insani keyfiyyətləri onun əsərlərində də his olunur və yazıçını sevdirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR