Bank Of Baku

“Lev Nissembaum, Əsəd bəy, Qurban Səid: “Əli və Nino” əsərinin müəllifi kimdir?” adlı sərginin açılışı olub

“Lev Nissembaum, Əsəd  bəy, Qurban Səid: “Əli və Nino” əsərinin müəllifi kimdir?” adlı sərginin açılışı olub
# 30 oktyabr 2009 12:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün M. F. Axundov adına Milli Kitabxanada Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi ilə birgə “Lev Nissembaum, Əsəd bəy, Qurban Səid: “Əli və Nino” əsərinin müəllifi kimdir?” adlı ədəbiyyat sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgidə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Qurban Səid təxəllüsü ilə yazan Azərbaycan mühacir ədəbiyyatının nümayəndələrindən biri olan Məhəmməd Əsəd bəyin “Əli və Nino” romanı haqqında geniş söhbət açıb. Daha sonra Almaniyanın Bakıdakı səfiri Per Stankina “Əli və Nino” romanının ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilmə tarixindən, uzun illər boyu əsərin həqiqi müəllifi avstriyalı baronessa Elfrid von Ehrenfels Bodmershot olaraq qəbul edilməsindən, lakin amerikalı şərqşünas Tom Reisin əsərin əslində Azərbaycanın yəhudi mənşəli yazıçısı Lev Nissembauma məxsus olduğuna dair tutarlı faktlar ilə sürməsindən danışıb.

Professor Həsən Quliyev bir çoxlarının günümüzün ən gözəl məhəbbət romanı kimi qəbul etdiyi “Əli və Nino” əsərində hadisələrin Rusiyada inqilab, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə etdiyini bildirib.

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev isə “Əli və Nino” əsərinin oxunaqlığından, geniş oxucu kütləsi qazandığından danışıb, 27 dilə tərcümə edildiyi deyib.

Sərgidə Qurban Səidin həyat və yaradıcılığını əks etdirən 70-dən çox foto-şəkil, arxiv materialları nümayiş etdirilib. Qurban Şəid haqqında ümumi təsəvvür yaradan bu fotoşəkillər Tom Reis tərəfindən toplanıb.

Sərginin açılışından sonra almaniyalı ədəbiyyatşünas-alim Jasmin Bölinq Qurban Səid haqqında mühazirə oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR