Bank Of Baku

Türkiyədə Anarın Nazim Hikmətə həsr olunmuş kitabı nəşr edilib

Türkiyədə Anarın Nazim Hikmətə həsr olunmuş kitabı nəşr edilib
# 06 noyabr 2009 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin “Bənqu” nəşriyyatı Anarın “Kerem kimi” (Nazim Hikmətin həyatı və sənəti haqqında düşüncələr) kitabını çap edib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1000 tirajla nəşr olunmuş 340 səhifəlik kitabın 260 səhifəsində Anarın girişdən və iki hissədən ibarət əsəri yer alıb. Digər səhifələrdə Nazim Hikmətin indiyəcən Türkiyədə çap olunmamış məqalələrinə yer verilib. Kitabda həmçinin Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Əli Nazimin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, Bəxtiyar Vahabzadənin, Qabilin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Fikrət Sadıqın, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Tofiq Məliklinin, Nüsrət Kəsəmənlinin, Sabir Rüstəmxanılının, Ramiz Rövşənin Nazim Hikmətə ithaf olunmuş şeirləri dərc edilib. Kitabın sonunda Anarın Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğana Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması münasibəti ilə təşəkkür məktubu və “Zəfərin mübarək Nazim” yazısı verilib. Kitab Avrasiya Yazarlar Birliyinin təşəbbüsü ilə nəşr olunub. Mətni Türkiyə türkcəsinə uyğunlaşdıran İmdat Afşar kitaba ön söz yazıb. Kitabın redaktorları Fəthi Gədikli, Qönüralp İren, Murat Sözərdir. Bu günlərdə isə Ankarada Sərgilər və Konqreslər Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Bu ərəfədə isə TRT İNT və TRT Avaz televiziya kanallarında AYB sədri Anarla 40 dəqiqəlik söhbət efirə çıxıb. Yazıçı TRT 1, Kanad D və başqa kanallara, habelə “Hürriyyət”, “Milliyyət”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Şəfəq” qəzetlərinə, “Qardaş qələmlər” və bir sıra başqa dərgilərə geniş müsahibələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR