Bank Of Baku

Moskvada “Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlı kitab nəşr olunub - FOTO

Moskvada “Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlı kitab nəşr olunub - <font color=red>FOTO</font>
# 18 noyabr 2009 16:55 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Moskvanın “Flinta” nəşriyyatında tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun elmi əməkdaşı Salavat İshakovun kitabı işıq üzü görüb. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, “Məmməd Əmin RƏsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlanan kitab Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin ölümünün 55-ci ildönümünə həsr olunub. Kitabda Məmməd Əmin Rəsulzadənin 1923-cü ildə Türkiyədə nəşr olunmuş “Azərbaycan Respublikası” əsəri, əvvəllər elmi ictimaiyyətə məlum olmayan, 1920-30-cu illərdə Azərbaycan SSR-də və SSRİ-də daxili siyasi situasiyaya həsr olunmuş məqalələri, 30-cu illərin sonlarına kimi Parisdə nəşr olunan “Prometey” jurnalındakı yazıları, həmçinin məktubları öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR