Bank Of Baku

Füzulinin 515 illiyi Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində qeyd olunub - FOTO

Füzulinin 515 illiyi Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində qeyd olunub - <font color=red>FOTO</font>
# 19 noyabr 2009 13:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 515 illiyinə həsr olunmuş gecə keçirilib. APA-nın məlumatına görə, “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ənvər Şeyxov Məhəmməd Füzulinin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışıb.

“Yuğ” teatrının baş rejissoru Vaqif İbrahimoğlu Füzulinin həyat və yaradıcılığının az məlum olan tərəfləri, onun gəzəl və qəsidələrində yer almış mənəvi baxışları barədə danışıb. Onun çıxışı teatrın aktyorlarının ifasında şairin gəzəllərinin oxunması, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında muğam melodiyaları ilə müşayiət olunub. Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri Füzulinin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR