Bank Of Baku

“Fikrət Əmirov bibloqrafiya” kitabının təqdimatı keçirilib - FOTO

“Fikrət Əmirov bibloqrafiya” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO </font>
# 20 noyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında “Fikrət Əmirov biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıb. Onun sözlərinə görə, təqdimatı keçirilən bu kitab Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində hazırlanıb: “Bu layihəni üç ilə yaxındır həyata keçiririk. Bu müddət ərzində Azərbaycanın beş görkəmli şəxsiyyəti haqqında vəsaitlər işıq üzü görüb. Bu kitabların hər biri kitabxanamızın saytında yerləşdirilib. Bu addım kitabların dünya ölkələrində də maraqla qarşılanmasına xidmət edir”. Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov Fikrət Əmirov yaradıcılığının tükənməz sərvət olduğunu vurğulayıb. Bu sərvətə isə daima diqqət ayrılmasının vacibliyini qeyd edib. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, AMEA-nın müxbir üzvləri iştirak ediblər. Təqdimat mərasimində eləcə də Fikrət Əmirovla bağlı yazılan kitablar nümayiş etdirilib.
Qeyd edək ki, “Fikrət Əmirov biblioqrafiya” kitabının tərtibçiləri Tamilla Məmmədova və Azadə Novruzova, elmi redaktoru Zemfira Abdullayevadır. Kitab “Çinar-çap” nəşriyyatında 300 tirajla nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR