Bank Of Baku

Vaqif Səmədoğlu: “Sovet dövründə Azərbaycanda bir şeir kitabı 100 min tirajla, ABŞ-da isə 1000 tirajla çıxırdı” - FOTO

Vaqif Səmədoğlu: “Sovet dövründə Azərbaycanda bir şeir kitabı 100 min tirajla, ABŞ-da isə 1000 tirajla çıxırdı” - <font color=red>FOTO </font>
# 25 noyabr 2009 12:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Sovetlər dövründə insanların kitab oxumağa daha çox vaxtı olurdu. Bu o demək deyil ki, o dövrdəki insanlar kitab oxumağa can atırdılar, sadəcə boş zamanları çox olurdu. Hazırda isə insanların boş vaxtı olmur. Kitaba marağın azalması yox, insanların buna vaxt tapmadığını demək daha düzgün olardı”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu verib. Jurnalistlərin suallarını cavablandıran xalq şairi bu sözü tək bu gün yox, hər dəfə dediyini vurğulayıb: “Bu fikir məndə hər zaman olub. Sovet dövründə 5 milyon əhalisi olan Azərbaycanda bir şeir kitabı 100 min tirajla, o boyda ABŞ-da isə 1000 tirajla çıxırdı. Belə çıxır ki, biz Amerikadan ağıllıyıq və daha çox oxuyuruq. Sadəcə olaraq sovet adamının oxumağa çox vaxtı var idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR