Bank Of Baku

Lənkəranda Milli Kitab Mükafatının münsiflər heyəti ilə görüş keçirilib - FOTO

Lənkəranda Milli Kitab Mükafatının münsiflər heyəti ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 26 noyabr 2009 15:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəranda Milli Kitab Mükafatının münsiflər heyətinin üzvləri ilə görüş keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Heydər Əliyev Dövlət İdarəçilik Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin üzvləri və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Lənkəran şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev açıb. AYB Lənkəran bölməsinin məsul katibi İltifat Saleh bölgənin ədəbi mühiti barədə məlumat verərək, bu cür mükafatların xüsusilə yeni ədəbi nəslin yetişməsində mühüm rol oynayacağını bildirib. Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli, Milli Kitab Mükafatının münsiflər heyətinin üzvləri - AYB-nin katibi Rəşad Məcid və Milli Kitab Mükafatının münsiflər heyətinin üzvü Elnur Baimov çıxışlarında Milli Kitab Mükafatının məqsəd və məramı, habelə şərtləri barədə geniş söz açıblar. Qeyd olunub ki, Azərbaycanda ilk dəfə təsis olunan bu mükafat dövlət qurumları, o cümlədən Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri tərəfindən dəstəklənib. İctimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməklə yeni müəlliflərin aşkarlanması və həvəsləndirilməsi məqsədi daşıyan bu layihə çərçivəsində paytaxtın ali məktəb tələbələri, həmçinin Quba və Lənkərandan sonra Gəncə, Naxçıvan, Şəki və Şamaxı bölgələrinin ədəbi mühiti ilə bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR