Bank Of Baku

Yazıçılar Birliyində Rəşad Məcidin 11 dilə tərcümə olunmuş “10 sentyabr” kitabının təqdimatı keçirilib - FOTO

Yazıçılar Birliyində Rəşad Məcidin 11 dilə tərcümə olunmuş “10 sentyabr” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 15 sentyabr 2010 12:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “10 sentyabr” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, “Mütərcim” nəşriyyatında çap olunan bu kitabda yer alan hekayə orijinalla birlikdə türk, ingilis, rus, macar, ukrayna, rumın, polyak, litva, özbək və gürcü dillərinə tərcümə olunub. Kitabın naşiri Əliş Mirzalı, dizayneri və redaktorları Mətanət Qaraxanlı və Vəfa Əhmədovadır. Tədbirdə çıxış edən AYB-nin I katibi, xalq şairi Fikrət Qoca Rəşad Məcidin bu hekayəsinin 11 dilə tərcümə olunmasını yüksək qiymətləndirib və müəllifi yeni kitab münasibəti ilə təbrik edib.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru və bu kitabın çap olunmasının təşəbbüskarı olan Səlim Babulaoğlu hekayənin çap edilməsinin səbəblərini açıqlayıb: “Dünya ədəbiyyatı” dərgisinin belə təcrübəsi vardı – bir il əvvəl elə sentyabrda istedadlı şəhid şairimiz Ülvi Bünyadzadənin doğum günü ərəfəsində “Ömür yolu” poemasını beş dildə nəşr etmişdik. Bu dərginin nəşri milli ədəbiyyatımızı dünyada təbliğ strategiyamızın bir hissəsdir. Üstəgəl hekayənin bir çox dillərdə tərcüməsi və müxtəlif ölkələrdə nəşri elə “Dünya ədəbiyyatı”nın dsifarişi ilə baş tutub”.

AYB-nin katibi Arif Əmrahoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və başqaları çıxış edərək Rəşad Məcidi təbrik ediblər. Rəşad Məcid isə öz növbəsində bu kitabın nəşrinin onun üçün sürpriz olduğunu deyib və bu təşəbbüsə görə Səlim Babaulaoğluna təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR