AMEA Şərqşünaslıq İnstitutunda Şəhriyara həsr olunmuş jurnal işıq üzü görüb - FOTO
Filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədovun APA-ya verdiyi məlumata görə, jurnal Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın “Milli ruhun təntənəsi” yazısı ilə açılır. Jurnalın “Şəhriyarın ömür səhifələri” rubrikasında Şərqşünaslıq İnstitutunun elmi işçisi Afət Rüstəmovanın fars dilindən tərcümə etdiyi yazılar təqdim olunub. Bu yazılarda böyük şairin həyatı onun özünün, qızı Şəhrzadın, qardaşı qızı Şərarə Xohginabinin dilindən nəql edilir.
“Şəhriyarın fikir və sənət dünyası” bölməsində filologiya üzrə fəlsəfə doktoru Nüşabə Əlizadənin “Azərbaycan şəhriyarşünaslıq məktəbi”, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Şəhriyarın “Divani-türki»sində irfani düşüncənin ifadəsi”, filologiya elmləri doktoru Elman Quliyevin “Heydərbaba” yüksəkliyi – sənət möcüzəsi”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin “Milli oyanışda Şəhriyar poeziyasının rolu”, Ruhəngiz Məmmədovanın “Şəhriyarın anadilli şeirlərinin bəzi poetik xüsusiyyətləri” məqalələri dərc olunub. Şəhriyar poeziyasının dili ilə bağlı Lefkə Avropa Universitetinin assistent-professoru Nazim Muradovun “Şəhriyarın “Heydərbabaya salam” poemasında dildə qənaət qanunu modelinə uyğun strukturlar haqqında, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənovanın “Şəhriyarın fars “Divan”ında felin semantik-üslubi xüsusiyyətləri” məqalələri verilib.
“Tərcümə” bölməsində Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin farscadan çevirdiyi Şəhriyarın «Mövlana Şəms Təbrizinin xanəgahında» əsəri təqdim olunub. Jurnalda həmçinin filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) yeni çap olunmuş “Söz sərrafı Şəhriyar” kitabı haqqında filologiya elmləri doktoru Almaz Məmmədovanın rəyi dərc olunub.
Sonda Şəhriyar nisgili ilə yazılmış Bahaəddin Karakoçun “Gün sızlayır Şəhriyar»a və Seyid Nurəddin Dərafərinin “Heydərbaba” şeirləri oxucuların nəzərinə çatdırılır.
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib