Bank Of Baku

Nərgiz Paşayeva: “Ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilməsi üçün tələb olunan maliyyə vəsaiti var”

Nərgiz Paşayeva: “Ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilməsi üçün tələb olunan maliyyə vəsaiti var”
# 11 oktyabr 2007 11:40 (UTC +04:00)
“Aida İmanquliyeva vaxtilə Azərbaycan elmi, incəsənəti üçün çox işlər görüb. Vaxtından əvvəl dünyasını dəyişsə də, inanıram ki, Aida xanım məğrurluğu, gözəlliyi, ziyalılığı, alicənablığı, elmi qiymətləndirməyi bacaran hər bir kəsin daxilində həmişə yaşayacaq. Aidə xanımın məşğul olduğu ərəb ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nüami, Cübran Xəlilin əsərlərinin toplu şəklində Azərbaycan dilinə tərcümə edilməsi üçün tələb olunan maliyyə vəsaiti var”. APA-nın xəbərinə görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında professor Nərgiz Paşayeva deyib. O bildirib ki, dünyanın mədəni irsində çox qiymətli nümunə sayılan bu əsərlər rus dilinə tərcümə olunub, amma bu günə kimi Azərbaycan dilində tam tərcüməsi yoxdur: “Bu ədəbiyyat nümunələri çox maraqlıdır, amma əfsuslar olsun ki, Azərbaycanda geniş oxucu kütləsinə məlum deyil. Ona görə mən çox istərdim ki, əlaqədar təşkilatlar, mütəxəssislər bu əsərləri orijinaldan Azərbaycan dilinə çevirsinlər və oxucular bu əsərlərlə tanış olsunlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR