Bank Of Baku

“Əli və Nino” romanının 70 illiyinə həsr olunmuş konfrans keçirilib

“Əli və Nino” romanının 70 illiyinə həsr olunmuş konfrans keçirilib
# 16 oktyabr 2007 14:59 (UTC +04:00)
Bu gün Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin “Əli və Nino” romanının 70 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə cəmiyyətin sədri Çingiz Abdullayev açaraq bütün dünyada məşhur olan romanın və onun müəllifinin qəribə taleyindən danışıb: “Bu ilin sentyabrında “Əli və Nino” romanının nəşrinin 70 ili tamam oldu. Yubiley ərəfəsində Məhəmməd Əsəd bəy-Qurban Səid haqqında alman, ingilis, türk, italyan dillərində olan materialları, sənədləri, yazışmaları ilk dəfə Azərbaycan dilində çap etdik. Belə arxiv materiallarının gələcəkdə də çap olunacağına çalışacağıq”. Filologiya elmləri doktoru, professor Həsən Quliyev çıxışında Qurban Səid, Məhəmməd Əsəd bəy və Lev Nissimbaumun əslində eyni adam olduğunu bildirib. Tiflis Dövlət Universitetinin professoru Nana Qaprindaşvili romanın Gürcüstan-Azərbaycan ədəbi əlaqələrində mühüm səhifə olduğunu qeyd edərək kitabda gürcü xarakteri, koloriti və adət-ənənələrinin dəqiqliyi ilə əks olunduğunu söyləyib.
Qeyd edək ki, romanın müəllifi hesab edilən Lev Nissimbaum Bakıda - İçərişəhərdə yaşayıb, sonra atası ilə birlikdə 14-15 yaşında ikən Azərbaycandan mühacirət edib. Bir müddət Almaniyada yaşayıb, sonra İtaliyaya köçüb. Məzarı İtaliyada olan yazıçı onlarla kitab yazıb və nəşr etdirib. Kitabların hamısı “Əsəd bəy”, “Əli və Nino” və “Altunsa甝 adlı romanlar isə “Qurban Səid” imzası ilə çapdan çıxıb. Süjet xəttində azərbaycanlı gənclə gürcü qızının məhəbbəti dayanan və ötən yüzilin əvvəllərində Qafqazda baş verən hadisələrin parlaq təsviri ilə yadda qalan “Əli və Nino” romanı dünyanın 28 dilinə tərcümə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR