Nizami Cəfərov: “Bizim əsas məqsədimiz - türk xalqlarının vahid dil və əlifbasının olmasıdır”
- Biz türk dünyasının bütövlüyünü birinci növbədə etnik-mədəni bütövlük kimi qəbul edirik. Bu mənada türk dünyasının bütövləşməsi bir zərurətdir. Bu prosesin nəzəriyyəsi vaxtilə çox mükəmməl hazırlanıb. XIX əsrin sonu, XX əsrin əvvəllərində türk dünyasının böyük liderləri İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusuf Akçuralı bu nəzəriyyəni hazırlayıblar. Amma iş elə gətirdi ki, o dövrdə bütövləşmə əvəzinə, daha çox türk xalqlarının parçalanması prosesi baş verdi və bu parçalanmalar normativləşdi. Artıq bu gün türk dünyasının bütövlüyü uğrunda mübarizə tam reallıqdır.
- Bəs bu bütövləşməyə konkret hansı problemlər imkan vermir?
- Türk xalqlarında bütövləşmənin ən ciddi elementlərindən biri dil problemi, ümumi ünsiyyət məsələsidir. Bu gün müxtəlif türk dövlətləri, xalqları arasında Türkiyə türkcəsi ortaq dil kimi, ümumi dil kimi artıq işlənir. Yəni, bu proses artıq başlayıb. Türkiyə türkləri şərqdən qərbə doğru nə qədər çox getmək mümkündürsə, gediblər. Bu eyni zamanda dilin inkişafı, dilin yaddaşında daha geniş coğrafiyanın və daha perspektivli istiqamətin olması deməkdir. İkinci bir tərəfdən, Türkiyə türkləri sayca ən çox olan türk xalqıdır. Onların sayı dünyada 100 milyona çatır. Türkiyə türkcəsində danışan xalq yüz illər boyu davam edən, böyük varisliyi olan bir xalqdır. Bunu da nəzərə almaq lazımdır ki, Türkiyə türkcəsi ilə 100 milyon Türkiyə türkü danışır, 50 milyondan artıq Azərbaycan türkü bu dili yaxşı anlayır, türkmənlər, özbəklər, uyğurların bu türkcəni anmaqda heç bir problemi yoxdur. Daha çox Qıpçaq xalqları olan qazax, qırğız, tatar, başqırd və Sibir xalqları Türkiyə türkcəsini çətin anlayırlar. Burada bir məsələ də var Türkiyə türkcəsi ortaq türk dili kimi qəbul edilməsinə nə qədər hazırdır? Ortaq əlifba məsələsinin reallaşması daha asandır. Yəni faktiki olaraq, bütün türk xalqları tədricən latın əlifbasına keçir. Burada bir ciddi müqavimət yoxdur və latın qrafikasına keçid türk xalqları üçün labüddür. Ortaq əlifba ilə bağlı çox müzakirələr olub, müəyyənləşmiş qənaət bundan ibarətdir ki, hər bir səsin bütün türk dilləri üçün eyni işarəsi olmalıdır.
- Ortaq türk dilinin yaranması ortaq ünsiyyətin yaranmasına xidmət edəcək, bəs ortaq əlifbanın perspektivi nədir?
- Yazılı kütləvi informasiya vasitələri, kitab nəşri, elm sahəsində, eləcə də aparılan sənədləşmələrdə istifadə üçün türk xalqları arasında ortaq əlifbanın yaradılmasına böyük ehtiyac var. Məsələn, Qazaxıstan və Qırğızıstan prezidentləri bir-biri ilə niyə rusca yazışmalıdır? Yaxud Özbəkistan və Türkiyə prezidenti arasında yazışmalar nəyə görə ingilis dilində aparılmalıdır? Bu gün türk dünyası arasında iqtisadi əlaqələrə dil problemləri çoxlu maneələr yaradır.
- Yeni yaradılan ortaq türk dili və əlifbası türkdilli xalqların yerli dilini və əlifbasını tədricən sıxışdırmayacaq ki?
- Belə bir qorxu var və bu, təbiidir. Biz onsuz da universal bir dünya əlifbasına keçmişik. Yəni latın əlifbasının türk xalqlarının qəbul etməsi artıq bir reallıqdır və heç bir türk xalqı bundan geri çəkilə bilməz. Bu gün Kiril əlifbasının namusu uğrunda mübarizə aparmaq mümkün deyil, yəni bu məsələ artıq bitib. Yalnız dil məsələsində müəyyən problemlər ortaya çıxacaq. Əslində bizim də son məqsədimiz budur ki, bütün türk xalqları bir xalq olsun və bu xalqın da bir dili olsun. Bu da heç kimin xətrinə dəyə bilməz, çünki Türkiyə türkcəsi yalnız Anadoluda və ya İstanbulda yaşayan bir türkün deyil, eyni zamanda bir qırğızın, özbəyin, yəni bizim babalarımızın dilidir. Əlbəttə, nəticə etibarilə bir dil yeni ortaq ünsiyyət vasitəsi kimi fəaliyyətə başlayırsa, bizim qəbul elədiyimiz yerli milli ədəbi dillər tədricən onun içərisində udulacaq. Təbii ki, xırda milli ehtiraslar olacaq, amma bu da parçalayıcı bir cəhətdir, biz də elə bu parçalanmadan qaçırıq.
- Bütün türklərin ən qədim abidəsi olan Orxon-Yenisey əlifbasının ortaq türk əlifbası kimi qəbul olunması təklifi ilə çıxış edənlər çoxdurmu?
- Orxon-Yenisey və yaxud qədim türk-run əlifbası bütün türkləri birləşdirən bir əlifbadır. Bu əlifbanın mövcud olması bizim çox qədim və zəngin bir mədəniyyətə malik olduğumuzu göstərir. Bu yazılar V-X əsrləri əhatə edir. Bəli, indi bəzən romantik təkliflər olur ki, qədim türk-run əlifbasına qayıdaq. Bu əlifbanı dekorativ olaraq müəyyən məclislərdə, yazılarda işlətmək olar, amma o dövrü, tarixi biz yaşayıb keçmişik. Bu tarix bütün türkləri birləşdirən enerji, bu əlifba türklərin böyük mədəniyyət aktıdır. Biz bu şərəfli tarixi səhifəni öyrənməli, tədqiq və təbliğ etməliyik.
- Azərbaycanda Atatürk Mərkəzi olaraq, Orxon-Yenisey abidələrinin şifrinin açıldığı, bu qədim mətnin oxunduğu günü xüsusiləşdirməyi təklif edirsiniz...
- Bu qayaüstü yazılar, abidələr barəsində artıq XVII əsrdə məlumatlar vardı. Sözün açığı, heç fikirləşmirdilər ki, türklər belə yazı mədəniyyətinə malik ola bilərlər. İndi fikirləşəndə adam özünü bir az narahat hiss edir ki, hətta heç bir tədqiqatçının ağlına da gəlməyib ki, türklərin yaşadığı coğrafiyada, ərazidə tapılmış yazılı abidə türklərin də ola bilər?! Yalnız 1893-cü ildə ingilis alimi Vilhelm Tomson yazılarda eyni işarələrin təkrarlanmasına fikir verir. Bu isə ahəng qanunundan xəbər verir, ahəng qanunu isə türk dillərinin ən xarakterik xüsusiyyətidir. Beləliklə, bu kimi üsullarla tədqiqatçı yazıların şifrəsini açır və mətnin türkcə olması məlum olur. 1893-cü in 25 noyabrı qədim türk-run yazılarının oxunması, qədim abidənin sirrinin açılması və türk əlifbasının aşkar olunması günü kimi tarixə düşüb. Bu tarix bizim türk dünyası və onun yazı mədəniyyəti , ortaq ümumi əlifba üçün münasib və sevindirici bir hadisədir. Ona görə də Azərbaycanda Atatürk Mərkəzi olaraq təklif edirik ki, noyabrın 25-i ortaq türk əlifbası və yaxud türk əlifba günü kimi qeyd edilsin.
- 25 noyabr - Türk əlifba günü münasibəti ilə müəyyən tədbirlərin keçirilməyi nəzərdə tutulurmu?
- Bu məqsədlə Atatürk Mərkəzində beynəlxalq bir konfrans keçirməyi planlaşdırırıq. Türk əlifba günü münasibəti ilə türkoloq və mütəxəssislərlə birgə ilk toplantımız yaxın günlərdə Azərbaycanda Atatürk Mərkəzində olacaq. Çalışacağıq ki, sonrakı illər bu tədbirlər daha geniş miqyasda, mütəxəssislərin iştirakı ilə keçirilsin. Noyabrın 17-19-da Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında da bu kimi məsələlərə təkrar qayıdılacaq. Türk əlifbaları tarixinə aid məruzələr dinləniləcək, türk xalqlarının və dünyada mövcud olan 25-ə qədər türk dillərinin latın qrafikasına keçidinin vəziyyəti ilə bağlı hesabatlara yer ayrılacaq.
- Nəhayət, ortaq türk dili, ortaq türk əlifbası və ortaq əlifba günü ilə bağlı aparılan bugünkü müzakirələrin konkret nəticəsi nə vaxt məlum olacaq?
- Daha konkret nəticələrin əldə edilməsi və mövcud vəziyyətin müzakirəsi ilə bağlı Atatürk Dil Qurumu elmi-praktik konfrans keçirməyi planlaşdırır. Ciddi, nüfuzlu, dövlət tərəfindən vəkil olunmuş nümayəndələrin iştirakı ilə bu məsələ dayanmadan müzakirə edilib, konkret layihə şəklində təsdiq olunmalıdır. Ardıcıl olaraq keçirilən türk xalqları qurultaylarının hesabatlarında hər dəfə bu məsələ qeyd olunur ki, türk xalqları latın qrafikasına keçsin, ortaq ümumi ünsiyyət vasitəsinin yaradılması üzərində işlər davam etdirilsin. İndi söhbət ondan gedir ki, artıq yaranmış ümumi, ictimai bu mədəni əhval-ruhiyyəni professional və dövlət adamlarının müzakirəsinə vermək və bu məsələni yekunlaşdırmaq lazımdır. /APA/
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
DİN: Bakıda kafedə ölümlə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər saxlanılıb - YENİLƏNİB
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib
Bloomberg: ABŞ və Böyük Britaniya arasında Ukrayna və İran məsələlərinə görə fikir ayrılığı yaranıb
Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir
Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
ABŞ strateji ehtiyatlarından 400 min barel neft ayıracaq
Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib
Polşa ABŞ-ın hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqlayıb
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyır
Pentaqon qırıcı təyyarə sürəti ilə hərəkət edən naməlum uçan obyekt barədə sənədlər yayıb
Yaşar Gülər: Türkiyə husilərlə hərbi toqquşmaya girməyəcək
Hindistanın xarici işlər naziri Bakıda tarixi Atəşgah məbədini ziyarət edib
“Bavariya”nın baş məşqçisi huşunu itirib, helikopterlə xəstəxanaya çatdırılıb
Rusiya Xerson istiqamətində atəşkəs elan edib
Dünyanın ən böyük sərnişin təyyarəsi dron təhlükəsindən sonra Moskvaya enə bilib - YENİLƏNİB
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb